
Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyi Parisdə keçiriləcək Yay Olimpiya
Oyunlarında iştirak edəcək vətəndaşları ehtiyatlı olmağa
çağırıb.
Trend xəbər
verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
“Matç TV” telekanalının efirində deyib.
Zaxarova Parisdəki Yay Olimpiya Oyunlarında iştirak edəcək
Rusiya vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa çağırıb və
təxribat, qanunsuz həbs, o cümlədən, insan oğurluğunun mümkün ola
biləcəyini əlavə edib.
Rusiya XİN nümayəndəsi, həmçinin, Paris meri Ann İdalqonun
Rusiya və Belarusdan olan idmançıların xoş qarşılanmayacağı ilə
bağlı açıqlamasına da münasibət bildirib.
“Bu, irqçilikdir, milliyyətçilikdir, idmanın siyasiləşdirilməsi,
seqreqasiyadır. Lakin fikrimcə, bunun Fransa üçün göstərici olması
çox mühümdür, çünki bu həm də demokratik norma və prinsiplərin
məhvidir”, – deyə o əlavə edib.





























