Advertisement

Tramp TikTok-un ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb

ABŞ Prezidenti Donald Tramp TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb.

APA xəbər verir ki, O, bu barədə “Truth Social”da yazıb.

“Mənim administrasiyam TikTok-u xilas etmək üçün müqavilə üzərində çox ciddi iş aparıb və biz böyük irəliləyiş əldə etmişik. Razılaşma əlavə səylər tələb edir. Buna görə də mən TikTok-un fəaliyyətinin daha 75 gün uzadılmasına dair sərəncam imzalayıram”, – Tramp qeyd edib.