Advertisement

Blinkenin zəngi nədən xəbər verir? – Azərbaycanla artıq hesablaşılır (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinkenin zəngi və vəziyyəti izah
etməyə çalışması birbaşa Prezident İlham Əliyevin nüfuzunun
göstəricisidir. Eyni zamanda, bu həqiqətin ifadəsidir ki,
Azərbaycan Cənubi Qafqazda əsas gücdür və həmin gücü hətta bizi
sevməyənlər belə qəbul edir.

Məsələ bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı
Ceyhun Məmmədov bildirib ki, bu zəng Prezident İlham Əliyevin güclü
bir lider kimi Qərb dövlətləri tərəfindən, ABŞ tərəfindən qəbul
edildiyini göstərir.

“Eyni zamanda, bu zəng bir hesabat xarakteri daşıyır. ABŞ kimi
böyük bir dövlət Azərbaycanın mövqeyini nəzərə alır və Azərbaycan
Prezidentinə zəng edərək, ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı
məlumat verir.

Əlbəttə, bu görüşə qədər Azərbaycan müxtəlif kanallar vasitəsilə
dəfələrlə bu görüşün bu formada keçirilməsinin düzgün olmadığını
bildirmişdi”, – deyə C.Məmmədov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik: