Advertisement

Mərakeşdə təyyarə hava limanında qəzaya uğrayıb

Mərakeşin hava limanlarından birində təyyarə uğursuz eniş edib.

APA xəbər verir ki, təyyarə eniş zamanı uçuş zolağından çıxıb və xəsarət alan üç ekipaj üzvü xəstəxanaya yerləşdirilib.

Təyyarədə sərnişinlərin olub-olmadığı barədə məlumat verilmir, lakin itkilərin olmadığı iddia edilir.

Hadisənin səbəbləri məlum deyil.