Advertisement

Myanmada 5,5 bal gücündə zəlzələ baş verib

Myanmanın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib.

Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Hələlik zəlzələnin nəticələri, həlak olanlar və dağıntılar barədə məlumat verilmir.