
Argentina prezidenti Xavyer Miley rüsumları aradan qaldırmaq üçün ABŞ ilə ticarət sazişi imzalamaq istədiyini deyib.
APA xəbər verir ki, o, Buenos Ayresdə ABŞ-ın maliyyə naziri Skot Bessent ilə görüşündən sonra bu bəyanatla çıxış edib.
“Prezident Donald Tramp tərəfindən hazırlanmış qarşılıqlı rüsumlar təklifini başa düşürük və bu istiqamətdə həm ABŞ, həm də Argentina üçün faydalı olacaq ticarət sazişi imzalamağa hazırıq”, – deyə o bildirib.
Miley, həmçinin Argentinanın ABŞ-ın regionda etibarlı müttəfiqi olmaq niyyətində olduğunu bildirib.





























