Advertisement

Türkiyə Superliqası: “Beşiktaş” 3 oyundan sonra xal qazanıb

Bakı. Trend:

Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, son 2 oyunda qalib
müəyyənləşməyib.

“Beşiktaş” səfərdə “Başakşəhər”lə heç-heçə oynayıb. Qonaq
komanda Kolleyin durduğu qolla uzun müddət hesabda öndə olub. Əsas
vaxta əlavə olunmuş dəqiqələrdə meydan sahibləri bərabərlik topunu
vurublar. Son 3 oyunda uduzan “qara qartallar” bu dəfə 1 xal
qazanıb. Hesabında 47 xal olan İstanbul klubu 4-cü pillədə
qərarlaşıb.

“Samsunspor” öz meydanında “Pendikspor”la xalları yarıya
bölüb.