Advertisement

Bakıda toyda 25 nəfər zəhərlənib

Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.

TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.