Advertisement

Rusiya Silahlı Qüvvələri terror aktının qarşısını alıblar

Bakı. Trend:

Rusiya hərbçiləri cümə günü gecə Krasnodar diyarının Yeyski
rayonunda terror aktının qarşısını alıblar.

Trend-in
məlumatına görə, bu barədə rayon rəhbəri Roman Bublik öz “Telegram”
kanalında bildirib.

“Rusiya Federasiyasının Silahlı Qüvvələri çevik və uzlaşdırılmış
şəkildə işləyiblar, ərazimizdən xeyli aralıda rayonumuzun
ərazisində terror aktına cəhdin qarşısı alınıb”, – deyə R.Bublik
yazıb.

O qeyd edib ki, Yeyski rayonunda dağıntı yoxdur.