Advertisement

Cənubi Koreya ikinci kəşfiyyat peykini orbitə çıxaracaq

Bakı. Trend:

Cənubi Koreyanın ikinci kəşfiyyat peyki aprelin 8-də orbitə
buraxılacaq.

Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya
Respublikası Müdafiə Nazirliyinə isinadən bildirib.

Peyk Florida ştatında yerləşən Con Kennedi adına Kosmik
Mərkəzindən yerli vaxtla aprelin 7-də, lakin Seul vaxtı ilə aprelin
8-də saat 08:17-də buraxılacaq.

Cihaz “SpaceX” şirkətini “Falcon 9” raketi ilə orbitə
göndəriləcək.