Advertisement

Evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Bakı. Trend:

Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət
əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon
ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət
əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də
eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq
saxlanılıb.

Araşdırma aparılır.