Advertisement

Azərbaycan qərarını ELAN ETDİ – Ermənistan edamına BAİS OLACAQ?

Baı. Trend:

Ermənistanın başına sığal çəkənlər Azərbaycanın gözündən pərdə
asmaq üçün növbəyə dayanıblar.

Öncə ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə
zəng edib. ABŞ kimi dövlətin dövlət katibi (Baydenin mövcud
durumunda dövləti o idarə edir) Prezident İlham Əliyevə zəng edərək
mövqelərini izah etməyə çalışması, Azərbaycan dövlətinin və
Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin
göstəricisidir. Bu fakt bir daha deməyə əsas verir ki, artıq
dünyanın “super” gücləri belə regional məsələlərdə xüsusilə
Azərbaycanla hesablaşmağın önəmini dərk edirlər.

Blinken bu telefon söhbətində dövlət başçısını inandırmağa
çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol
Paşinyanla görüş Azərbaycan əleyhinə deyil. Blinken görüşün əsas
mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil
edəcəyini bildirib. ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident
İlham Əliyevə 5 apreldə Brüsseldə keçiriləcək görüşlə bağlı zəngini
başqa cür “izahat”, “hesabat”, “Azərbaycanın qəti addımlarının
qarşısını almaq cəhdi” kimi də şərh etmək olar.

ABŞ dövlət katibindən bir gün sonra Avropa Komissiyasının
Prezidenti Ursula Fon der Lyayen də Azərbaycan Prezidenti İlham
Əliyevə zəng etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol
Paşinyanla bu gün Brüsseldə görüşəcək və Ermənistana dəstək planını
açıqlayacaq hər iki rəsmi şəxs – Blinken və Fon der Lyayen dövlət
başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi.

Fon der Lyayen bu telefon danışığında əvvəlcə Avropa İttifaqı
ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan
danışaraq sonda Brüssel görüşü barədə də fikirlərini səsləndirib.
Prezident İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı
ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı Brüssel görüşü
barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun
gərginliyə səbəb olacağını xatırladıb.

Ard-arda Bakıya olan bu telefon zəngləri bir daha təsdiq edir
ki, həm Vaşinqton, həm də Brüssel Bakının narahatlığı barədə
məlumatlıdırlar. Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi
dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər
Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri
veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim
Vaşinqtonla Brüsselindir. Hər ikisi Fransanın səhvini
təkrarlamamalıdır. Ən azından İtaliya nümunəsi var.

Lakin Azərbaycan-Ermənistan şərti sərhəddində qarşı
tərəfin bu görüş öncəsi hərəkətliliyi narahatedici suallar ortalığa
çıxarır:

– Ermənistan Ordusunun məhz bu görüş ərəfəsində fəallığının
səbəbi nədir?

– Əgər rəsmi İrəvan Brüssel və Vaşinqtondan təhlükəsizliyi ilə
bağlı hər hansı bir zəmanət almayacaqsa, o zaman Ermən9stan
vəziyyəti gərginləşdirəcək bu kimi addımının arxasında hansı səbəb
dayanır? Nəzərə alaq ki, Rusiya ilə Ermənistan arasındakı
diplomatik gərginlik Moskvanın İrəvana hərbi dəstək verəcəyi
məsələsini deaktivləşdirib.

Reallıq isə ondan ibarətdir ki, Ermənistan 30 il ərzində
regionda Rusiyanın platsdarmı olubsa, indi artıq Fransa başda
olmaqla, Qərbin hərbi platsdarmına çevrilmək istiqamətdə
canfəşanlıq edir. Burada ən diqqətçəkən məqam isə İran sanki
sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasının qurulması istiqamətində
davam edən prosesləri rəsmi Tehran görməzdən gəlir.

Şübhəsiz ki, bu oyunun əsas hədəfi Rusiyanı regionda tamamilə
zərəsizləşdirmək, Ermənistanı onun orbitindən xilas etmək dayanır.
Amma belə görünür ki, Qərb bunu məhz regionda yeni savaç ocağı
hesabına etməyi planlaşdırır. Yenə də baş rolda Ermənistan…

Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq
məntəqələri qurması, hərbi texnika və canlı qüvvə sayını həmin
istiqamətlərdə artırmaq üçün gördüyü fəaliyyət yaxın vədədə
eskalasiya baş verəcəyini iddialarını xeyli gücləndirir.
Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə Fransa başda olmaqla
Qərbin şirin vədlərinə aldanaraq, yenidən sükutu pozmaq üçün
əlindən gələni edən bu dəfəki proseslərin özü üçün daha qorxulu
olacağını yəqin ki, təxmin etməkdə çətinlik çəkir.

Amma təəssüf ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi
oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi
ssenarisinin tərkib hissəsi kimi görünür. Prezident İlham Əliyevin
regionda yaratdığı yeni reallıq və status-kvo məlum Qərb
dairələrini ciddi narahat edir. Sülh prosesinin uzadılması,
regionda vəziyyətin gərginləşdirilməsinə hesablanmış hərbi
hərəkətlilik Qərb və Ermənistanın havadarlarının bu vəziyyətlə
barışmaq istəmədiklərini göstərir.

Qərb Rusiyaya Cənubi Qafqazda “kontrol atışı” edərək vəziyyəti
ələ alacağı qənaətindədir. Amma həmin dairələr Azərbaycan amilini
də hesaba qatmalı, regional məsələlərdə rəsmi Bakı ilə sona qədər
ortaq xətt tapmağa nail olmalıdır. Əks halda Azərbaycan onun ərazi
bütövlüyünüə səbəb olacaq təhdidləri anında məhv edəcək. Çünki
Azərbaycan heç bir halda Ermənistanın yenidən qalxmasına və
regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək.

Telefon danışığında Blinken 5 aprel görüşünün Azərbaycana qarşı
olmadığını vurğulasa da, Prezident İlham Əliyev dəmiri isti-isti
döydü. Dövlət başçısının sözlərindəki qərarlılıq və prinsipiallıq
vəziyyətin ciddiliyindən xəbər verir. Rəsmi Bakı növbəti dəfə açıq
şəkildə bəyan etdi ki, Ermənistanın silahlandırılması davam edərsə,
təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı
sərt olacaq.