Advertisement

Ağsuda xeyli silah-sursat aşkarlanıb – Trend.Az

Bakı. Trend:

Ağsuda xeyli silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ağsu
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd
patron, 2 ədəd avtomat darağı və 1 ədəd yivli “TOZ-8” markalı
tüfəng aşkar olunub.

Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri
olmayan 7 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil
veriblər.