
Bakı. Trend:
Avropa Gimnastikasının (EG) rəhbəri Fərid Qayıbov başçısı olduğu
təşkilatın saytındakı “Prezidentin qeydləri” rubrikasında mart
ayının yekunlarına toxunub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, baharın ilk ayında Avropanın idman
gimnastikası kursları keçirildiyini bildirib.
Qayıbov Prezident Şurasının Lozannadakı iclası və İcraiyyə
Komitəsinin yığıncağının gündəlikdə bəzi məsələlərin müzakirəsi ilə
yadda qaldığını xatırladıb: “2024-cü il martın 25-də qəbul olunan
qeyri-adi qərarlardan biri idman gimnastikası üzrə 2025-ci ilin
Avropa çempionatı ilə bağlıdır. Təəssüf ki, yarışa ev sahibliyi
etməli olan İsraildəki gərgin vəziyyətin başa çatmaması üzündən
sifarişlərin qəbuluna davam qərarı verməkdən başqa variant yox idi.
Biz maraqlı olan avropalılar arasında yeni təşkilatçı axtarırıq.
Gündəlikdə ötən il Konqressə uğurla təqdim olunan yeni
strategiyanın reallaşması ilə bağlı layihələr də yer almışdı. Bu
sahədə gələcək addımlar və fəaliyyətimiz ümumi hədəfimizə çatmaq
üçün müzakirəsi zəruri olan məsələlərdir.
Həmçinin bizim federasiyalarla mümkün görüşlərimiz müzakirə
edildi ki, bu tədbirlər Beynəlxalq Gimnastika Federasiyasının (FİG)
rəhbərliyinə seçkilərə qədər keçirilməlidir. Seçkilər oktyabrın
24-26-da qurumun Dohada təşkil olunacaq 85-ci Konqresi çərçivəsində
baş tutacaq”.
O, Portuqaliyanın Gimaraeş şəhərində start götürən batut və
tamblinq üzrə Avropa çempionatına da toxunub: “Avropa
gimnastikasında yeni mövsüm start götürüb. Onun ilk qəhrəmanları
ümidləri kimi özləri də daha yüksəyə uçacaq gimnastlar olacaq.
Dünya çempionatının olimpiya təsnifat seriyası həyəcanından sonra
idmançılar qitə miqyasında nailiyyət üçün mübarizə aparacaq.
Ardınca Parisdən də keçən qitə meydanlarında öz bacarığını idman
gimnastları, sonra bədii gimnastika təmsilçiləri göstərəcəklər.
Bütün gimnastlara Eyfel qülləsi hündürlüyündə fırlanan ümidlərini
tapmağı arzulayıram…
… Müasir yüksək səviyyəli idmançı üçün daha gözəl nə ola bilər
ki?
Mən düşünürəm ki, heç nə…”.





























