Advertisement

Keçmiş direktor barəsində mənimsəməyə görə cinayət işi başlandı

Bakı. Trend:

Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən
qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon
prokurorluğunda araşdırma aparılıb.

Daşkəsən rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü
illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla
dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin
mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin
179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq
aparılır.