Advertisement

MİT Suriyada əməliyyat keçirib, PKK terrorçularından biri Türkiyəyə gətirilib

Bakı. Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi
əməliyyat nəticəsində PKK/KCK-PYD/YPG terror təşkilatının daha bir
terrorçusu İpək Dəmiri saxlayaraq, Türkiyəyə gətirib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

“Çavre Gever” kod adlı İpək Dəmir Suriyanın Ayn-əl-Ərəb (Kobani)
şəhərində saxlanılıb.

2010-cu ildə terror təşkilatına qatılan İpək Dəmirin 2017-ci
ildə təşkilat tərəfindən Suriyaya göndərildiyi bildirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun