Advertisement

Qəzza danışıqlarında iştirak edən tərəflər məsləhətləşmələri davam etdirir

Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gəlmək üçün məsləhətləşmələri davam etdirirlər.

APA xəbər verir ki, bu açıqlama ilə Misirin “Əl-Qahira əl-İxbariyyə” telekanalı çıxış edib.

Telekanalın mənbəsinə görə, Qahirə, Doha və Vaşinqton hazırda Qəzzada atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı yaxın koordinasiyadadır.

Telekanal vurğulayır ki, Misir tərəfi tərəfləri razılaşmaq üçün lazımi çevikliyi göstərməyə çağırır.