Advertisement

Brüsseldə Ermənistan və Aİ arasında saziş imzalandı

Bakı. Trend:

Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında saziş
imzalanıb.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, saziş ağır cinayətlər, o cümlədən, mütəşəkkil
cinayətkarlıq və terrorizmlə mübarizədə Aİ və Ermənistanın ədliyyə
orqanlarının birgə fəaliyyətini nəzərdə tutur. Belə ki, Aİ
Ermənistanı istintaq qruplarının formalaşdırılmasında
dəstəkləyəcək.

Bundan başqa, saziş çərçivəsində məxfi məlumatların ötürülməsi
də nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat
katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari
tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların
qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini
müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli
ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi
dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun