Advertisement

İsrailin müdafiə naziri HƏMAS-ı məhv etməklə hədələyib

İsrailin müdafiə naziri İsrael Katz ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoffun irəli sürdüyü təklifi rədd edəcəyi təqdirdə HƏMAS-ı məhv etməklə hədələyib.

APA xəbər verir ki, Katz bu haqda öz “X” hesabında yazıb.

“HƏMAS qatillərinin seçimi var; ya Uitkoff müqaviləsinin şərtlərini qəbul etmək və girovları azad etmək, ya da məhv olub getmək. İsrail Müdafiə Qüvvələri Qəzzada əməliyyatları tam gücü ilə davam etdirir.”, – o bildirib.