
Hindistanın musson mövsümü ilə başlayan güclü yağışlar bir çox bölgədə torpaq sürüşmələri və daşqınlara səbəb olub.
APA xəbər verir ki, bu haqda NDTV kanalı məlumat yayıb.
Hadisələr səbəbilə ölkənin şimal-şərqindəki Assam, Arunaçal Pradeş, Meqhalaya, Manipur və Mizoram əyalətlərində son 2 gündə 30 nəfərin həlak olduğu bildirilir.
Assam əyalətinin 12 rayonunda yağışlı hava şəraiti ən azı 60 min insanın həyatına mənfi təsir edib.
Bölgədəki çaylarda şiddətli yağış səbəbilə daşmalar olur və yaşayış məntəqələrini sel basır.
Hindistan Meteorologiya İdarəsi (IMD) bölgədə leysan yağışların yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında yağan musson yağışları ölkədə insan tələfatı və maddi ziyana səbəb olur.
























