
Siyasi və biznes maraqları zərbəyə məruz qaldığı üçün İlon Mask ABŞ prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini iyrənc adlandırıb.
APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Mask ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması departamentinin kuratoru kimi səlahiyyətlərinin uzadılmamasından narazıdır.
Bundan əlavə, sahibkar Trampın NASA direktoru vəzifəsinə Cared Ayzekmanın namizədliyini geri götürməsinə kəskin reaksiya verib.
Biznes maraqlarının təşviqində uğursuzluqlar da Maskın qanun layihəsini tənqid etməsinə səbəb olub.





























