Advertisement

Moldovada Rusiya imperiyasının bayrağı ekstremist simvol elan olundu

Bakı. Trend:

Kişinyov rayon məhkəməsi Rusiya imperiyasında istifadə edilən
qara-sarı-ağ bayrağı ekstremis simvol elan edib.

Trend xəbər verir ki, müvafiq qərar məhkəmənin rəsmi saytında
dərc olunub.

Qətnamədə qara, sarı və ağ rəngli üç üfüqi xətti olan bayrağın
ekstremist xarakter daşıdığı bildirilir.

Moldova hakimiyyəti hələlik bu qərarı şərh etməyib.

Qeyd edək ki, 2022-ci ildə respublika parlamenti ölkədə Georgi
lentinin nümayişi və paylanmasına görə cərimələr tətbiq edib.