Advertisement

HƏMAS Uitkoffun Qəzza ilə bağlı son təklifini rədd etməyib

HƏMAS ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən Qəzza zolağında atəşkəs təklifini rədd etməyib, ona düzəlişlər edib.

APA xəbər verir ki, bu sözləri təşkilatın liderlərindən olan Xəlil əl-Həyyə deyib.

“Keçən həftə biz Uhitkoffun son təklifini aldıq. O, 7 gün ərzində 10 canlı girovu və 18 girovun isə cəsədini təhvil verməyi təklif etdi. 8-ci gündə döyüşlərin davam etməyəcəyinə dair isə heç bir zəmanət yox idi. Təklifi rədd etmədik. Lakin biz təklifə öz düzəlişlərimizi etdik və Qəzzaya döyüşlərin yenidən başlanmayacağına zəmanət tələb etdik”, – o. deyib.