Advertisement

Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub

Bakı. Trend:

Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı
qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər
rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun
Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən
Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq,
Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif
çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif
istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə
tutulub.