Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən
bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində
axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.