Advertisement

Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Aprelin 26-da energetika naziri Pərviz Şahbazov Biləsuvar,
İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Cəlilabad və Cəbrayıl
rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Biləsuvar rayon Heydər Əliyev
Mərkəzində (ünvan: Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213)
keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon
nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev),
[email protected] elektron poçt ünvanı, eləcə də Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı
(əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050)
305-51-67, elektron poçt ünvanı: [email protected]),
İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə
telefonu: (050) 200-36-11, elektron poçt ünvanı:
[email protected]) və Şirvan filialı (əlaqələndirici
şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt
ünvanı: [email protected]) vasitəsilə müraciət edə
bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az
internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi
vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.