
Bakı. Trend:
Araq məhsullarının keyfiyyətində problemlər var. Bunların əsas
səbəblərindən bir də əsas xammal olan spirtin keyfiyyəti ilə
bağlıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi
haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi
Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
“Bu gün mənşəyi bəlli olmayan xammal spirtdən istifadə edilməsi
halları var. Buna görə xammal spirtin rəsmi qaydada
sənədləşdirilməsi lazımdır. Bununla bağlı bizdə faktlar var”,- deyə
o bildirib.





























