
Bakı. Trend:
Futbol tarixinin ən uzun qələbə və məğlubiyyətsizlik seriyaları
açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, İFFHS həm bütün yarışları, həm də
ayrı-ayrı miqyasları əhatə edən turnirlər üçün rekordları
müəyyənləşdirib.
Qələbə seriyası davam edən “Əl-Hilal” da siyahıda yer alıb.
Səudiyyə Ərəbistanı çempionatında “Əl-Halec”i 4:1 hesabı ilə məğlub
edən rekordçu 32-ci qələbəsinə sevinib.
Qələbə seriyaları
Bütün yarışlarda – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 32
Milli çempionatlarda – “Ferensvaroş” (Macarıstan) və “Nasyonal”
(Uruqvay) – 32
Beynəlxalq oyunlarda – “Bavariya” (Almaniya) – 16
Qitə kuboklarında – “Oklend Siti” (Yeni Zelandiya) – 16
Çempionlar Liqasında – “Bavariya” (Almaniya) – 15
Məğlubiyyətsizlik seriyaları
Bütün yarışlarda – “Seltik” (Şotlandiya) – 66
Daxili yarışlarda – “Styaua” (Rumıniya) – 119
Milli çempionatlarda – “ASEK Mimosas” (Fil Dişi Sahili) –
108
Milli çempionatlarda evdə – “Kano Pillars” (Nigeriya) – 202
Beynəlxalq oyunlarda – “Bavariya” (Almaniya) – 22
Beynəlxalq oyunlarda evdə – “Mançester Yunaytes” (İngiltərə) –
57
Qitə kuboklarında – “Oklend Siti” (Yeni Zelandiya) – 29
Çempionlar Liqasında – “Mançester Yunaytes” (İngiltərə) – 25
Çempionlar Liqasında evdə – “Barselona” (İspaniya) – 38





























