Advertisement

Ölkənin bəzi bölgələrinə yağış yağacaq – Sabahın HAVASI

Bakı. Trend:

Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə
yağıntılı olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə
yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° olacaq. Atmosfer
təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət
60-70 % olacaq.

Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın
arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim
qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-20°,
dağlarda gecə 1° şaxtadan 3°-dək, gündüz 3-7° olacaq.