
Bakı. Trend:
Türkiyənin Düzcə şəhərində sərnişin avtobusu işıq dirəyinə
çırpılıb.
Trend bu
barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəza yerinə polis, yanğınsöndürmə əməkdaşları və
tibbi personal cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya aparılıb.
Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.





























