Advertisement

ABŞ Səfirliyi 2024-2026 GIPA Jurnalistika üzrə Magistr Proqramını elan edir

Bakı. Trend:

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA)
Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz
Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika
və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edir.
Proqram üzrə dərslər ABŞ və Avropa Universitetlərindən səfər edən
müəllimlər və yerli professorlar tərəfindən aparılacaq. Bu proqram
ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə
proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

Beş nəfərə qədər azərbaycanlı namizəd 2024-cü ilin sentyabrından
2026-cı ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq
proqram üçün seçilməsi gözlənilir.

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, foto
jurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli
sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr
2024-cü ilin sentyabr ayından 2025-cü ilin dekabr ayına kimi
Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2026-cü ilin iyul ayında isə
tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən instituta
qayıtmalı olacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin
kompüter, radio və video avadanlıqlardan, internet və zəngin
kitabxanadan istifadə etmək imkanları olacaq. GIPA tələbələri
Erasmus+ mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa
Universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna
malikdirlər. Tələbələr GIPA proqramının tələblərini yerinə yetirmək
üçün GIPA ilə müzakirələr aparmalıdırlar.

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə
tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə
prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin
çatdırılmasını nəzərdə tutur. Kurs işinə həmçinin media və biznesin
idarə edilməsi, hüquqi məsələlər və media etikası ilə yanaşı
müxtəlif mövzular da daxildir.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis
dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda
oxuduğu müddətdə təhsil və yaşayış xərclərini
maliyyələşdirəcək.

Seçim prosesinə aşağıda qeyd olunan sənədlər və
Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin iştirakı ilə Bakıda
ingilis dilində keçiriləcək müsahibə də daxildir. Sənədlərin qəbulu
üçün son tarix 5 may 2024-cü ildir.

GIPA proqramına tələb olunan sənədlərin
siyahısı:

Ərizə forması

Uç tövsiyə məktubları

Təhsil məqsədləri haqqında bəyanat (minimum 300 söz)

Diplomların surəti*

Diplom əlavələri

Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

Qeyd: 2024-ci ildə universiteti bitirmiş, lakin diplomlarını
vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq
edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə
bilərlər. Onların 1 avqust 2024-cü il tarixinədək diplomlarını
qəbul komissiyasına təqdim etməsi şərtdir.