
Bakı. Trend:
Bu gün İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.
Trend İdman.biz-ə
xəbər verir ki, “Mançester Siti” və “Arsenal” səfərdə qələbə
qazanıb.
Son çempion “Kristal Pelas”a 4:2 hesabı ilə qalib gəlib.
“Arsenal” isə “Brayton”un qapısından 3 cavabsız top keçirib. Bu
nəticələrdən sonra London klubu 71 xalla 1-ci pilləyə yüksəlib.
“Şəhərlilər”in hesabında 70 xal var. Eyni xala malik və bir oyun az
keçirən “Liverpul” sabah “Mançester Yunayted”lə qarşılaşacaq.





























