
Bakı. Trend:
Qırmızı dənizdə Yəmənin Hodeyda liman şəhərindən təxminən 60
dəniz mili cənub-qərbdə gəmiyə hücum edilib.
Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Ticarət
Daşımılarının Əlaqələndirilmə Mərkəzi (UKMTO) və Britaniyanın dəniz
təhlükəsizliyi məsələləri ilə məşğul olan “Ambrey” şirkəti məlumat
yayıb.
“Gəminin kapitanı gəminin yaxınlığında iki raketin aşkar
edildiyini bildirib. Biri [Qırmızı dənizdə naviqasiya azadlığını
təmin etmək və gəmiləri qorumaq üçün “Prosperity Guardian”
əməliyyatını həyata keçirən ölkələrin] koalisiyasi qüvvələri
tərəfindən vurulub , ikincisi isə gəminin yanında suya düşüb”, –
deyə bildirilib.
Qeyd olunub, gəmiyə heç bir ziyan dəyməyib, ekipaj üzvləri isə
xəsarət almayıb. O, təyinat limanına qədər hərəkət etməyə davam
edir.





























