Bakı. Trend:
Böyük Britaniyanın Hitrou hava limanının uçuş-enmə zolağında iki
təyyarə toqquşub və hadisə nəticəsində hər iki təyyarənin qanadları
zədələnib.
Trend-in
məlumatına görə, “Virgin Atlantic 787” təyyarəsi “British Airways
Airbus A350”nin qanadının ucuna dəyib.
Hitrou hava limanının sözçüsü bildirib ki, hadisə nəticəsində
xəsarət alan olmayıb.




























