Advertisement

Corc Dik Azərbaycan–İsrail münasibətlərinin qurulmasının ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsraildə səfirlik açması Bakı–Təl-Əviv əlaqələrinin
artan gücü və yaxınlığının göstəricisidir.

Trend xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri
Corc Dik Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin
qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşımında qeyd edib.

“Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında
diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd
edirik. Cəmi bir il öncə biz Azərbaycanın İsraildə səfirliyinin
açılışını qeyd etdik. Bu mərhələ bizim əlaqələrimizin getdikcə
artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz üçün daha da
parlaq perspektivlərlə dolu gələcək naminə!”, – diplomat yazıb.