Advertisement

Türkiyə aprelin 20-dən Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edəcək

Bakı. Trend:

Türkiyə aprelin 20-dən Tacikistan vətəndaşları üçün viza
rejimini bərpa edəcək.

Trend xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər
Nazirliyi bildirib.

Nazirlik vurğulayıb ki, aprelin 6-da Türkiyə tərəfi diplomatik
kanallar vasitəsilə bu tədbirlə bağlı Tacikistanı rəsmi
məlumatlandırıb.

Bununla əlaqədar olaraq, Tacikistan vətəndaşları aprelin 20-dən
etibarən bu ölkəyə səfər etməzdən əvvəl viza almalıdırlar.