Advertisement

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, aprelin 8-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti
ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş
məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.