
Bakı. Trend:
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Urbanda
görüşərik” layihəsi çərçivəsində “Qiraət axşamı” təqdim edib.
Trend xəbər verir ki, “Qiraət axşamı”nda ud və balabanın
müşayiəti ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri
Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin şeirləri Həsən
Fəttan, Vüsal Hicran, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Zahir
Şirani, Məhəmməd Hacıyev, Zülfiyyə Yaqub tərəfindən
səsləndirilib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az





























