Advertisement

Daha bir güləşçimiz Paris-2024-də – Trend.Az

Bakı. Trend:

Hacı Əliyev Paris-2024-ə lisenziya qazanıb

Trend İdman.biz
istinadən xəbər verir ki, üçqat dünya çempionumuz bu uğura Bakıda
keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində imza
atıb.

Doğma divarlar arasında öncə Həmzət Arsamerzoyevə (Fransa) 5:2,
ardınca Niurqun Skriabinə (AİN) hesabı ilə qalib gələn idmançımız
yarımfinalda İslam Dudayevlə (Albaniya) güləşib. 65 kq çəkidə çıxış
edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı
ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib. Bu qələbə
Hacıya olimpiya lisenziyası qazandırıb.

Ondan öncə eyni uğura Əliabbas Rzazadə (57 kq) də imza atıb.

Qeyd edək ki, bu gün daha üç güləşçimiz lisenziya uğrunda
həlledici görüşə çıxacaq.