Advertisement

Antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat edib

Bakı. Trend:

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi
zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır
yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə
oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb
müəssisəsində vəfat edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!