Advertisement

Təsnifat turnirində Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçilərinin sayı 5-ə çatıb

Bakı. Trend:

Aprelin 7-də Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov
Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Trend xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə
aparan idmançımız ukraynalı Vasili Mixaylovla üz-üzə gəlib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn O. Nurmaqomedov “Paris-2024”
Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst
güləşçi Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və
Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97
kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.