
Bakı. Trend:
Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan
Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi
istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab
tədbirləri görülüb.





























