
Bakı. Trend:
Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Tofiq Əliyev batut,
qoşa mini-batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal
qazanıb.
Bu barədə Trend-ə
Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Gimnast
“böyüklər” yaş kateqoriyasında çıxış edir.
Xatırladaq ki, bundan əvvəl Tofiq Əliyev, Mixail Malkin, Bilal
Qurbanov və Adil Hacızadənin yer aldığı Azərbaycanın tamblinq üzrə
yığması komanda hesabında çempionatın qızıl medalını qazanıblar.
Bu, gimnastlarımızın Avropa çempionatında tamblinq üzrə komanda
yarışında qazandıqları ilk qızıl medaldır.
Sinxron batut gimnastikası proqramında çıxış edən gənc
gimnastlarımız Ayan Şabanova və Samirə Hüseynova yarışda gümüş
medal qazanıblar. Qeyd edək ki, bu, Azərbaycanın batut gimnastikası
tarixində gənc qadın sinxron cütlüyün qazandığı ilk gümüş
mükafatdır.
Sinxron batut gimnastikası proqramında da çıxış edən
yeniyetmələr Əli Niftəliyev və Əmmar Baxşəliyev qızıl
medalqazanıblar.
Avropa çempionatı aprelin 3-7-də Qimaraynş şəhərində
(Portuqaliya) keçirilir.





























