
Bakı. Trend:
Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində
keçirilən karate üzrə beynəlxalq turnirdə iştirak edib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, təmsilçilərimiz 4 medal qazanıblar.
Azərbaycan yığması kumite yarışlarında 3, katada usə 1 medala
sahib çıxıb. Ən yüksək nəticəyə 60 kq çəki dərəcəsində yarışan
Əminağa Quliyev imza atıb. O, fəxri kürsünün ən yüksək pilləsində
yer alıb.
Fərdi kumite üzrə
Əminağa Quliyev (60 kq) – I yer
Hüseyn Məmmədli (67 kq) – III yer
Murad Hacızadə (84 kq) – III yer
Kata üzrə
Ramilə Heydərova – II yer





























