Advertisement

Parisdə çoxmərtəbəli binada baş verən partlayış və yanğın nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Parisin şərqində doqquz mərtəbəli binanın səkkizinci
mərtəbəsində baş verən partlayış və ardınca baş verən yanğında azı
3 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə “Le Parisien” qəzeti xəbər
verib.

Hadisə bazar günü axşam saatlarında baş verib. Yerli sakinlər
partlayış səsi eşitdiklərini bildiriblər, lakin rayon
administrasiyası rəhbərinin müavini Lyuk Lebonun sözlərinə görə, bu
evdə qaz avadanlığı yoxdur, ona görə də onun səbəbini hələ müəyyən
edilməyib.

Yanğın baş verən mənzildə xilasedicilər iki nəfərin cəsədini
aşkar ediblər. Digər bir şəxs təşvişə düşüb və mənzilinin
pəncərəsindən atılıb. Həkimlərin səylərinə baxmayaraq, o, aldığı
xəsarətlərdən hadisə yerində ölüb.