Advertisement

Lavrov Çinə rəsmi səfər edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-dən 9-dək
Çində rəsmi səfərdə olacaq.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Səfər çərçivəsində Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə
danışıqlar aparacaq. Nazirlər beynəlxalq arenada ikitərəfli
əməkdaşlıq və qarşılıqlı fəaliyyətin geniş spektrini müzakirə
edəcəklər.

Bundan əlavə, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyət
də daxil olmaqla, bir sıra aktual mövzular və regional məsələlər
üzrə ətraflı fikir mübadiləsi aparılacaq.