Advertisement

İmişlidə avtomobil qəzası olub, 3 nəfər ölüb

İmişlidə baş verən qəzada 3 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

Yük avtomobili ilə “VAZ 21099” markalı avtomobilin toqquşması nəticəsində “Vaz 21099″un sürücüsü və 2 qadın sərnişin ölüb.

Faktla bağlı araşdırma aparılır.