Advertisement

Almaniyalı nazir kansler postu uğrunda mübarizə aparmaq niyyətindədir

Bakı. Trend:

Almaniyanın iqtisadiyyat naziri Robert Habek kansler postu
uğrunda mübarizə aparmaq niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə “Bild” qəzeti yazıb.

Seçki yarışında, həmçinin Xristian Demokrat İttifaqının lideri
Fridrix Merz və ölkənin xarici işlər naziri Annalena Barbok da
iştirak edəcək.

Bildirilib ki, Yaşıllar partiyasını təmsil edən Robert Habek son
vaxtlar ölkədə müxtəlif biznes birlikləri ilə görüşlər keçirir.

Siyasətçinin bir sıra xarici ölkələrə, o cümlədən ABŞ, Səudiyyə
Ərəbistanı və İsrailə səfərləri də qeyd olunur.