Advertisement

Qəzzada sülh danışıqlarında irəliləyiş əldə olunub

Bakı. Trend:

Qəzza zolağında atəşkəsə dair Qahirədə aparılan danışıqlarda
irəliləyiş əldə olunub, tərəflər əsas məqamlar üzrə razılığa
gəliblər.

Trend-in
məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən Misir dövlət
telekanalı “Əl-Kahera” telekanalı bildirib.

Danışıqlar bazar günü Qahirədə Misir, Qətər, ABŞ, İsrail və
“HƏMAS” nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Eyni
zamanda telekanal qeyd edib ki, indiyədək onların heç biri
müzakirələrdə irəliləyişlə bağlı xəbəri rəsmən təsdiqləməyib.

Bildirilib ki, “HƏMAS” və Qətər nümayəndə heyətləri Qahirəni
tərk edib və iki gün ərzində yekun razılaşmanın şərtlərini müzakirə
etmək üçün geri qayıdacaqlar, İsrail və ABŞ nümayəndə heyətləri isə
bir neçə saat ərzində Misirin paytaxtını tərk edəcəklər.