
Bakı. Trend:
Mozambikdə balıqçı qayığının həddindən artıq yüklənməsi
səbəbindən batması nəticəsində azı 91 nəfər ölüb.
Trend-in
məlumatına görə, bu barədə “AFP” agentliyi yerli hakimiyyətə
istinadən bildirib.
Məlumata əsasən, gəmidə 130 nəfər olub. Nampula vilayətinin
dövlət katibinin sözlərinə görə, gəmi həddindən artıq yüklənib və
sərnişin daşımaq üçün uyğun deyildi. Onun sözlərinə görə, yayılan
vəba epidemiyası ilə bağlı yalan məlumat səbəbindən gəmidə çaxnaşma
başlayıb, sərnişinlərin əksəriyyəti quruya çıxmağa çalışıb.
Dövlət katibi ölənlər arasında bir neçə uşağın olduğunu deyib.
Xilasedicilər beş nəfəri sağ çıxarıb, onlardan ikisi xəstəxanaya
yerləşdirilib.





























